Xəbərlər

AZEBİ Tbilisidə 2013-cü il təqviminin təqdimatını keçirmişdir
14 fevral, 2013 22:47

 

Azərbaycanın Gürcüstandakı İş Adamları Birliyi (AZEBİ) Tbilisidəki Milli Kitabxananın binasında 2013-cü il təqviminin təqdimatını keçirmişdir.
Azərbaycanın Gürcüstandakı İş Adamları Birliyi (AZEBİ) Tbilisidəki Milli Kitabxananın binasında 2013-cü il təqviminin təqdimatını keçirmişdir.
AZEBİ-nin icraçı direktoru Qaratel Allahverdiyeva xüsusi müxbirinə bildirmişdir ki, təqvim Qurban Səidin gürcü qızı Nino Kipiani və azərbaycanlı oğlan Əli xan Şirvanşirin məhəbbətindən bəhs edən “Əli və Nino” romanı əsasında tərtib olunmuşdur. O, qeyd etmişdir ki, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi burada həmin əsərə çəkilmiş rəsmlərin sərgisini təşkil etmişdir. Biz də bu fürsətdən istifadə edib təqvimin təqdimatını keçirdik.
Q.Allahverdiyeva təqvimdə sərgidə nümayiş etdirilən rəsmlərdən istifadə olunduğunu və təqvimin Gürcüstanda akkreditə olunmuş diplomatik missiyalara, müvafiq strukturlara da hədiyyə edildiyini demişdir.
Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin əməkdaşı Ramilə Əliyeva iştirakçıları belə bir sərginin təşkili ilə paralel olaraq nəfis şəkildə tərtib olunmuş təqvimin təqdimatını təqdirəlayiq saydığını bildirmişdir.
Təqvimin rəssamı Teymuraz Andriaşvili “Əli və Nino” romanını oxuduqdan sonra bu əsərlərini işlədiyini və onların belə bir təqvimdə istifadə olunmasından qürur duyduğunu qeyd etmişdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.