Xəbərlər

YAP rəhbərliyi partiyanın Oğuz rayon təşkilatının fəalları ilə görüşmüşdür
14 fevral, 2013 22:34

 

Fevralın 14-də Oğuz şəhərindəki mədəniyyət mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə partiyanın Oğuz rayon təşkilatı fəallarının görüşü olmuşdur.
Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları iştirak etmişlər. Tədbiri YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq gündən-günə nüfuzu artmaqda olan Yeni Azərbaycan Partiyasının bu gün nəinki respublikamızda, eləcə də bütün regionda ən güclü siyasi qüvvəyə çevrildiyini, sıralarının ildən-ilə genişlənərək üzvlərinin sayının artıq 600 mini keçdiyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, partiyanın icra katibliyi vaxtaşırı olaraq yerlərdə olur, partiya üzvləri ilə, fəallarla görüşür, tövsiyələrini verir. Bu gün rayonda təşkil olunan görüş də məhz belə tədbirlərdəndir.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Oğuz rayonunda gördüklərinin, yüksək zövqlə aparılan tikinti-quruculuq işlərinin onlarda xoş təəssürat yaratdığını bildirmişdir. Qeyd olunmuşdur ki, dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi sayəsində Azərbaycanda çox böyük iqtisadi irəliləyişə nail olunmuşdur. Ölkə iqtisadiyyatı qısa dövr ərzində böyük inkişaf mərhələsi keçmişdir. Sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatı bu gün dünyanın ən aparıcı beynəlxalq iqtisadi institutları tərəfindən sürətli, yüksək dinamika göstərən iqtisadiyyat kimi qeyd olunmaqdadır. Təbiidir ki, iqtisadiyyatın inkişafı, yaradılan iqtisadi bünövrə Azərbaycanda həyatın bütün sferalarında əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Şübhəsiz ki, qazanılan uğurlarda iqtidar partiyası olan YAP üzvlərinin böyük rolu və payı vardır.
Fevralın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrə toxunan YAP sədrinin müavini Əli Əhmədov, müşavirədə qarşıdakı illər ərzində həm regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar, həm də bütövlükdə ölkənin inkişaf strategiyası ilə bağlı çox vacib və əhəmiyyətli vəzifələrin müəyyənləşdirildiyini, bugünkü Azərbaycan cəmiyyətini düşündürən bir çox aktual məsələlərlə bağlı dövlət məmurlarına xüsusi tapşırıqların verildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, indi Azərbaycan cəmiyyətində dövlətimizin başçısının bu istiqamətdəki mövqeyi, tapşırıqları fəal şəkildə müzakirə olunur. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi Heydər Əliyev siyasətinin uğurlarını yüksək qiymətləndirir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov və YAP rayon təşkilatı idarə heyətinin üzvü, partiya veteranı Xalid Babayev çıxış edərək təşkilat üzvlərinin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.