Xəbərlər

Eldar Qasımovun yeni mahnısı ilk dəfə “Böyük səhnə”nin finalında səsləndiriləcəkdir
14 fevral, 2013 22:28

 

“Böyük səhnə” beynəlxalq layihəsinin finalında musiqi həvəskarlarını bir çox sürprizlər gözləyir. Onlardan biri 2011-ci ilin “Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımovun yeni mahnısının təqdimatıdır. 
“HeartBreaker” mahnısı şənbə günü, fevralın 16-da ATV kanalının efirində “Böyük səhnə” layihəsinin finalında səsləndiriləcəkdir. 
“HeartBreaker” mahnısının musiqisini bəstəkar və prodüser İsa Məlikov, mətnini Qreys Ceyms, Eldar Qasımov (Ell) yazmışlar, musiqi prodüseri Danimarka bəstəkarı Bo Larsendir. 
Xatırladırıq ki, şounun superkastinqindən 12 iştirakçı keçmişdir. Ötən həftə onlardan altısı qalmışdır. Yalnız üç nəfər superfinala çıxacaqdır. Finalda münsiflər heyətinin üzvləri Tom Rotrok və Harri Miller (ABŞ), Təranə Muradova, Zara Bədəlbəyli, Eldar Mansurov və Murad Dadaşov (Azərbaycan), habelə isveçli Stefan Orndur. 
Layihə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Kreativ və texniki təminat Euromedia şirkətinindir.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.