Azərbaycanda uşaq atletikasının inkişafı ilə bağlı layihə icra olunur
14 fevral, 2013 21:42
Azərbaycan Atletika Federasiyası "Kids athletics Azerbaijan" adlı layihə çərçivəsində bölgələrdə seminarlar təşkil edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsas məqsədi uşaq atletikasının inkişafı olan ilk seminar fevralın 18-də saat 10:00-da Astara Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, layihəyə uyğun olaraq, seminarlar Gəncə, Xaçmaz, Sumqayıt, Şəki və Bakı şəhərlərində davam etdiriləcək.