Xəbərlər

TQDK I sinif dərsliklərində olan səhvlərlə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərib
14 fevral, 2013 21:22

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I sinif dərsliklərində olan səhvlərlə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərilib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşündə deyib.

O, həmin rəyin yaxın zamanda internetdə də yayımlanacağını və müəllimlərin də onlarla tanış olacağını bildirib.

"Dərsliklərdəki bütün səhvləri dərhal düzəltmək mümkün olmayacaq. Lakin bundan sonra müəllimlər və elmi redaktorlar dərsliklərin yazılmasına daha məsuliyyətlə yanaşacaqlar. Çünki artıq prosesə ictimai nəzarət var", - o deyib.

TQDK sədri həmçinin qeyd edib ki, 2001-ci ildə buraxılan test bankları öz aktuallığını itirib və ötən dövr ərzində bütün imtahanlarda istifadə olunan test variantları toplu şəklində çap edilib.

Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, görüşdə iştirak edən tələbələr 600-dən yuxarı bal toplamış abituriyentlərdir. O, Ali Neft məktəbinə qəbul olunmaq üçün göstərilən marağın gözləniləndən dəfələrlə çox olduğunu vurğulayıb.

Qasımov deyib ki, bir il bundan qabaq iki ixtisas üzrə ("Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi") tələbə qəbuluna başlayan ali məktəbdə növbəti tədris ilində neft-qaz və neft-kimya sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yeni ixtisas - "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" açılacaq.

Rektor Bakı Ali Neft Məktəbinin əsas məqsədinin ölkəmiz üçün beynəlxalq standartlara cavab verən, müasir texnika və texnologiyalarına yiyələnmiş, yüksəkixtisaslı və ingilisdilli kadrların yetişdirilməsi olduğunu bildirib.

Görüşdə TQDK sədri Məleykə Abbaszadə tələbələri maraqlandıran suallara ətraflı cavab verib, fikir mübadiləsi aparıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.