Xəbərlər

Azərbaycanın hakim partiyasının sədr müavini Oğuzda gənclərlə görüş keçirib
14 fevral, 2013 21:12

 

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - icra katibi Əli Əhmədov Oğuz rayonunda YAP-ın təşkil etdiyi "Qış məktəbi"i lahiyəsi çərçivəsində YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib.

YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə qonaqlar qış məktəbi haqqında video rolik izləyib və həyata keçirilən layihələr, oyunlarla tanış olublar.

Görüşdə Əli Əhmədov Azərbaycan hökmətinin gənclərə böyük diqqət və qayğı göstərdiyini qeyd edib.

"Gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər", - Əhmədov deyib.

Eyni zamanda Əhmədov YAP-ın ətrafında birləşən gənclərin Azərbaycanın, YAP-ın gələcəyinin təmin edilməsində öz üzərinə əhəmiyyətli bir missiyanı götürdüyünü də vurğulayıb.

"YAP olaraq biz də gənclərimizin həmin missiyanı yerinə yetirməsi üçün onların hazırlanmasına lazım olan dəstəyi veririk və bundan sonra da verəcəyik. Bizim gənclərimiz gələcəyin Azərbaycanın uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlar. Əslində Azərbaycanın gələcəyi bu gün formalaşan, yetişən, böyüyən gənclər deməkdir. Azərbaycan hökumətinin yürütdüyü siyasət, Prezidentimizin həyata keçirdiyi strategiya güman edirəm ki, Yeni Azərbaycan Partiyasının gəncləri kimi Sizlərə məlumdur. Bizim həyata keçirdiyimiz siyasətin əsas qayəsi, məqsədi insandır", - YAP icra katibi deyib.

O vurğulayıb ki, insanların daha yaxşı firavan həyatının maraqlı və layiqli həyatının təmin edilməsindən ibarətdir.

"Təbii ki, bu məqsədə çatmaq üçün başlıca vəzifələrdən biri Azərbaycan iqtisadiyyatının gücləndirilməsi, iqtisadi inkişafının təmin edilməsidir", - Əhmədov deyib.

Daha sonra Əhmədov 2013-cü ilin noyabr ayında keçiriləcək prezident seçkilərindən söz açıb və bu işdə də gənclərin xüsusi rolunun olduğunu qeyd edib. YAP sədr müavini, icra katibi Əli Əhmədov gəncləri maraqlandıran suallara cavab verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.