Xəbərlər

Fəzail Ağamalı: Əkrəm Naibovu müdafiə edənlər onlar qədər antimillidir və Azərbaycan xalqına xəyanət edən insanlardır
14 fevral, 2013 21:09

 

Yazıçı Əkrəm Naibovu müdafiə edənlər elə Əkrəm qədər antimillidir və Azərbaycan xalqına xəyanət edən insanlardır. Bu barədə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Eldar Namazovun, Rüstəm İbrahimbəyovun yazıçını dəstəkləməsinə münasibət bildirərkən deyib.

"Kim bu kitaba yox deyirsə, deməli, milli qüvvələrin, Azərbaycan xalqının yanındadır, yox əgər kimsə Əkrəm Naibovun Azərbaycan xalqını təhqir edən bu yazılarına haqq qazandırırsa, deməli o da Əkrəm kimi xəyanətkardır, Azərbaycan xalqının yanında ona da yer yoxdur", - Ağamalı bildirib.

Millət vəkili vurğulayıb ki, haradakı xalqın mənafeyi var, haradakı xalqın heysiyyatına toxunurlarsa, ziyalı da, adi vətəndaş da, məmur da, millət vəkili də, fərqi yoxdur, hər şeydən əvvəl onlar vətəndaşdırlar və vətəndaş mövqelərini ortaya qoymalıdırlar.

"Kim bu vətəndaş mövqeyini ortaya qoymursa, deməli o, ermənilərin yanındadır. Eldar Namazov da təzəlikcə qoşulub Əkrəmi müdafiə edənlərə, yəni Eldar Namazovda da artıq bu hisslər baş qaldırırsa, artıq o da istər-istəməz ermənilərin yanında olduğunu ortalığa qoyur. Ancaq Rüstəm İbrahimbəyovun hər zaman ermənilərlə dostluğundan bəhs edən yazıları, münasibətləri var idi, yəni bu, Rüstəm İbrahimbəyov üçün yeni bir hadisə deyil, o da Əkrəmin tayıdır", - Ağamalı deyib.

O, Əkrəm Əylislinin kitabı ilə bağlı qeyri-müəyyən mövqe tutanlara da öz münasibətini bildirib.

"Kim "Əkrəm Naibovun kitabını oxumamışam, xəbərim yoxdur" və digər müxtəlif bəhanələrlə münasibət bildirmək istəmirsə, bunlar mövqesiz insanlardır, bu cür mövqesiz insanların isə cəmiyyətdə heç zaman yeri və rolu ola bilməz. Çünki sən bu kitaba ya "hə", ya da "yox" deməlisən. Kim qeyri-müəyyən mövqe tutursa, elə o da Əkrəm kimi antimilli mövqe tutan bir insandır", - Ağamalı vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.