Xəbərlər

Azərbaycan Prezidenti: “Bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq”
13 fevral, 2013 00:52

 

 “Sahibkarlara yerli icra orqanlarının ciddi dəstəyi olmalıdır. Yerli icra başçıları, vəzifəli şəxslər sahibkarlara yalnız dəstək verməlidirlər, onları incitməməli, işlərinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar var. Deyə bilmərəm ki, bu geniş vüsət alıb, amma var. Buna son qoyulmalıdır”.

 Bunu Azərbaycan prezidenti İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

 

Prezident bildirib ki, sahibkarlığın inkişafı dövlət siyasətidir: “ İcra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir. O, dövlət siyasətindən kənarda heç bir iş apara bilməz. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq. Onlardan qanunsuz tələb edən şəxslər öz cəzasını alacaq. Onlara yalnız kömək etmək lazımdır ki, öz işlərini səmərəli şəkildə qura bilsinlər”.

 

Prezident qeyd edib ki, sahibkarların sosial məsuliyyəti var: “Ötən il də müşavirədə mən bu barədə danışmışam, sahibkarların sosial layihələrə diqqət göstərməsini, bu təşəbbüslərini alıqışlayıram. Bilirəm ki, onlar bəzən yerlərdə öz təşəbbüsləri ilə məktəblər, bağçalar tikirlər. Amma bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da var. Onlara abadlıq işləri gördürüb, sonra pullarını vermirlər. Hər bir rayonun öz büdcəsi var, həm də mütəmadi qaydada Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Həmin vəsaitlərlə iş görmək lazımdır. Sahibkarlar bu işlərə könüllü dəstək verə bilərlər, amma bəzi hallarda onları məcbur edirlər, böyük xərclər çəkirlər, sonra pullarını vermirlər, belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edirlər. Mənə bütün məlumatlar çatır”.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.