Xəbərlər

Hadı Rəcəbli: Azərbaycan cəmiyyətin rombvari təbəqələşmə modelini seçib
13 fevral, 2013 22:46

 

Azərbaycan məqsədi güclü orta sinfin formalaşdırılması və genişləndirilməsi olan cəmiyyətin rombvari təbəqələşmə modelinin qurulması siyasətini seçib.

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hacı Rəcəbli Prezident İlham Əliyevin fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışını şərh edərkən deyib.

"Azərbaycan Prezident İlham Əliyevin müasir dövlət quruculuğu üzrə cəmiyyətin rombvari təbəqələşmə modelini seçib. Rombun yuxarısı cəmiyyətin təmin edilmiş təbəqəsinə, mərkəzi güclü orta sinfə, aşağısı isə əhalinin qismən kasıb təbəqəsinə uyğun gəlir. Buna görə də orta sinfin inkişafı prioritet vəzifədir, bu məqsədə çatmaq üçün xeyli sayda güzəştli kreditlər verilir. Biz hələlik inqilabi göstəricilər əldə etməmişik, buna baxmayaraq, Azərbaycanda mərhələli olaraq orta sinif formalaşır və artır ki, bu da nəticədə sosial vəziyyətin yaxşılaşmasına xidmət edir", - Rəcəbli qeyd edib.

Onun sözlərinə görə, Prezidentin dövlət quruculuğu siyasətinin bucağının başında ölkə vətəndaşı dayanır.

"Dövlət quruculuğu, iqtisadiyyat, xarici siyasət Azərbaycan vətəndaşına istiqamətlənib. Azərbaycan vətəndaşı prioritetdir və bütün bunlar onun ətrafında qurulur", - Rəcəbli qeyd edib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın özəlliyi hər bir regionun inkişafı məsələsinə özünəməxsus yanaşmanın müəyyənləşdirilməsindən ibarətdir.

"Proqramın xüsusiyyəti ondan ibarətdir ki, burada hər bir regionun iqtisadi və coğrafi özünəməxsusluğu nəzərə alınıb. Əgər Lənkəranda bu, subtropik bitkilərin istehsalıdırsa, Şirvanda quşçuluğun inkişafı, taxıl bitkilərinin istehsalıdır və s. Burada regionların inkişafına özünəməxsus yanaşma müəyyənləşdirilib. Regionlarda şəhər və kəndlərin inkişafına əlavə vəsaitlər ayrılıb. İnfrastruktur olmadan sahibkarlığın inkişafı olmayacaq. Regionlarda infrastruktur və sahibkarlığın inkişafı yanaşı gedir", - Rəcəbli vurğulayıb.

Onun sözlərinə görə, dövlət proqramının həyata keçirilməsi ərzaq təhlükəsizliyini praktiki təmin etməyə imkan verdi, proqram çərçivəsində taxıl bitkiləri istehsalı sahəsində böyük işlər görülüb, kənd təsərrüfatında güclü canlanma müşahidə edilir, kiçik müəssisələr yaradılıb, əməktutumlu iş yerlərinə böyük diqqət ayrılır.

"Regionlarımız dirçəlmə dövrünü yaşayır. Bütün regionlarda sosial rifah yaxşılaşıb, insanların vəziyyəti yaxşılaşır, yeni iş yerlərinin sayı artır. Özəl sektorun, xüsusilə, kiçik sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb. Hazırda insanların yaradılan bu mühitin imkanlarından istifadə etməsinə daha çox diqqət ayırmaq lazımdır. Hazırda sahibkarlıq institutu inkişaf etməlidir, insanların təşəbbüskarlığı üçün imlanlar artırılmalıdır. Reallığın inkişaf etməyə imkan verdiyi sahələr var, lakin insanların təşəbbüskarlığı qismən aşağıdır, buna görə də onlarla daha çox işləməliyik", - o deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.