Xəbərlər

"FINCA Azerbaijan"ın Bərdə filialı kredit portfelini artırıb
13 fevral, 2013 22:44

 

Qərb regionunda yaşayan və şəxsi bizneslərini qurmaq və inkişaf etdirmək istəyən kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən "FINCA Azerbaijan"ın Bərdə filialı kredit portfelini 5 milyon dollara çatdırıb.

"FINCA Azerbaijan"dan çərşənbə günü verilən məlumata görə, 2007-ci ildən fəaliyyət göstərən Bərdə filialı 31 nəfər işçi heyəti ilə Ağdam, Bərdə və Tərtər rayonlarında yaşayan 6 000 nəfərdən çox ticarət, xidmət, kənd təsərrüfatı ilə məşğul olan sahibkara 50 - 50 000 dollar məbləğində Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Kənd Krediti kredit məhsullarını verir.

Bərdə şəhəri, H.Əliyev pros., 94 A ünvanında yerləşən filial müştərilərə həftənin 5 günü, saat 09:00-dan - 18:00-dək (13:00 - 14:00 nahar fasiləsi) xidmət göstərir.

14 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 30 filial və 34 market ofisi vasitəsilə 135 min nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 milyona yaxın dollar təşkil edir. Bu göstəricilərə görə "FINCA Azerbaijan" təkcə ən böyük mikromaliyyə təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.