"Türk Hava Yolları" bir sıra aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarıb
13 fevral, 2013 16:13
"Türk Hava Yolları" (THY) aviaşirkəti onlarla istiqamətdə həyata keçirilən aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarıb. Bu barədə Türkiyənin "Hürriyyət" qəzeti xəbər yayıb.
Belə ki, Kəraçi və İslamabad (Pakistan), Qahirə və İsgəndəriyyə (Misir), Bağdad və Ərbil (İraq), Moqadişo (Somali), Dakar (Seneqal), əl-Küveyt (Küveyt) və Niamey (Nigeriya) şəhərlərinə aviareyslərdə alkoqollu içkilər verilmir.
Bundan başqa, belə içkilər bir sıra daxili, əsasən, ölkənin cənub-şərq vilayətləri istiqamətində həyara keçirilən reyslərdə də verilməyəcək.
Qəzetin məlumatına görə, gələcəkdə THY bütün istiqamətlərdə hərəkət edən aviareyslərdə alkoqollu içkiləri menyudan çıxarmağa hazırlaşır.