Xəbərlər

Əhmədinejad: İran və BAEA əməkdaşlıq etməlidir
13 fevral, 2013 16:09

 

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehranın nüvə proqramı məsələsində əməkdaşlıq etməlidir. İran prezidenti Mahmud Əhmədinejad belə hesab edir. Bu barədə IRNA agentliyinə istinadən məlumat verir.

Jurnalistlər qarşısında çıxış edən Əhmədinejad bəyan edib ki, İranla Qərb ölkələri arasında ölkənin nüvə proqramına dair danışıqlarda "münaqişəyə getməkdənsə, əməkdaşlıq etmək daha yaxşıdır".

Prezidentin sözlərinə görə, o şəxsən BAEA ilə danışıqlarda iştirak etmir, bunun üçün xüsusi komanda mövcuddur: "Mən bu məsələdə iştirak etmirəm".

Nüvə danışıqları ilə bağlı daha bir suala cavab verən Əhmədinejad bəyan edib ki, İran artıq nüvə dövlətidir və öz hüquqlarından geri çəkilməyəcək.

Bu gün İran BAEA ilə nüvə danışıqlarına başlayıb. Bu barədə ölkənin IRIB dövlət televiziyası xəbər verib.

BAEA direktorunun müavini German Nakertsin rəhbərlik etdiyi nümayəndə heyəti dünən gecə İran paytaxtına gəlib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib ki, beynəlxalq qurumun mütəxəssisləri İranda "Parçin" obyekti üzrə əməkdaşlıq məsələsini müzakirə edəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.