Bakının “İnter” peşəkar idman klubunun güləşçisi Tehranda keçiriləcək dünya Kuboku yarışlarında iştirak edəcəkdir
13 fevral, 2013 16:02
Fevralda 19-20-də İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə dünya Kuboku yarışları keçiriləcəkdir.
Turnirdə Azərbaycan milli komandası da iştirak edəcəkdir.
Milli komandamızın heyətində Bakının “İnter” peşəkar idman klubunun idmançısı da turnirə yollanacaqdır. Belə ki, yunan-Roma güləşi üzrə yarışda Azərbaycanı 74 kiloqram çəki dərəcəsində Şamil Ertuqanov təmsil edəcəkdir.