Xəbərlər

İranlı kinematoqraflar Azərbaycanda yeni teleserialların çəkilişinə başlamışlar
13 fevral, 2013 15:49

 

İranlı kinematoqraflar Azərbaycanda yeni teleserialların çəkilişinə başlamışlar. 
“Aydın” və “Çaqqal nəfəsi” adlanan həmin seriallarda Azərbaycanın tanınmış aktyorları da rol almışlar.
Filmlərin hazırlanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunmuşlar. “Aydın” və “Çaqqal nəfəsi” çoxseriyalı filmlərinin çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaqdır.
Serialları çəkən “Kaspi Global” istehsalçı şirkətinin rəhbəri Şamxal Həsənli bildirmişdir ki, “Aydın” filmi Cəfər Cabbarlının məşhur “Aydın” pyesinin motivləri əsasında hazırlanır. Filmin ssenarisi üzərində Nərgiz Bağırzadə çalışır. Hazırda filmin aktyor heyətinin seçimləri aparılır.
Şirkət rəhbəri onu da əlavə etmişdir ki, “Çaqqal nəfəsi” adlı ikinci serialda Əməkdar Artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorlar rol almışlar. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü etmişdir.
Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazmışdır.
İranlı kinematoqrafçılar Azərbaycan tamaşaçısına bu ilin sentyabrında Nizami Kino Mərkəzində nümayiş olunan “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filmindən tanışdır. “Azərbaycanfilm” kinostudiyası və “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan film Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Bu ekran əsəri on il bundan əvvəl çəkilmiş “Sıfır saatının qatarı” sənədli filminin davamı kimi lentə alınmışdır.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.