“YARAT!” Müasir İncəsənət Məkanı kino və video-art sahəsində fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir.
“YARAT!”dan bildirmişlər ki, “Özünüdərketmə və özünütəhlil” mövzusunun bütün mümkün olan formaları və təzahürləri ilə maraqlananlar və bununla bağlı maraqlı əsərləri (cizgi filmi, qısametrajlı film, sənədli film, eksperimental videoçəkiliş) olanlar Müasir İncəsənət Məkanına müraciət edə bilərlər. Bunun üçün www.yarat.az veb-səhifəsində iştirakçılar üçün nəzərdə tutulan anketi doldurmaq, çəkilmiş videomaterialı qoşma faylla və ya həmin materialın istinad linkini göstərməklə [email protected] elektron ünvanına göndərmək lazımdır. Daha ətraflı məlumat anketdə göstərilmişdir.
“YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən, eyni zamanda, digər mövzularla da əlaqədar video çəkiliş materialları qəbul olunur. Göndərilən bütün əsərlər təşkilat tərəfindən layihə sayılacaqdır.
İştirak etmək arzusunda olanlar ərizələrini martın 1-dək təqdim edə bilərlər.