Prezident İlham Əliyev "SOS" Kinderdorf İnternational" təşkilatının rəhbərini qəbul edib
13 fevral, 2013 14:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də “SOS” Kinderdorf İnternational” təşkilatının prezidenti Siddharta Kaulu qəbul edib.
Görüşdə ölkəmiz ilə “SOS” Kinderdorf İnternational” təşkilatı arasında uzunmüddətli uğurlu əməkdaşlıq məmnunluqla qeyd olundu, təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrin önəmi vurğulandı, əməkdaşlığımızın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə edildi.