Azərbaycan idmançıları şotokan karate üzrə açıq Dubay çempionatında dörd medal qazanmışlar
13 fevral, 2013 14:37
Birləşmiş Ərəb Əmirliklərində şotokan karate üzrə açıq Dubay çempionatı keçirilmişdir.
“Budokan” Karate İdman Klubundan bildirmişlər ki, yarışda Azərbaycan milli komandası da mübarizə aparmışdır.
Yarışda 10-11 yaş kateqoriyasında mübarizə aparan Ayla Rzayev (35 kq) və Fidan Teymurova (35 kq-dan yuxarı) gümüş medal qazanmışlar. Çempionatda 40 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan Elgün Dəmirçiyev isə bürünc medalla kifayətlənmişdir.
Turnirdə 18 yaşdan yuxarı idmançıların mübarizəsində isə Şahin Atamov (84 kq-dan yuxarı) üçüncü olmuşdur.