Xəbərlər

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilmişdir
13 fevral, 2013 14:35

 

Xəbər verildiyi kimi, bu il mayın 29-dan iyunun 1-dək Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. 
Bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda çıxış edən Ə.Qarayev Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir dəfə Azərbaycanda keçirilməsinin qərara alındığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbərinin 2012-ci il 25 dekabr tarixli sərəncamı ilə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Tədbirlər Planı təsdiq edilmişdir.
Forumun əhəmiyyətini vurğulayan nazir bildirmişdir ki, Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu mötəbər beynəlxalq tədbir UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, BMT-nin Dünya Turizm Təşkilatının, Avropa Şurasının, İSESCO-nun, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. Forumda 1000 nəfərə xarici qonağın iştirakı nəzərdə tutulur. Bu mühüm beynəlxalq məclis çərçivəsində 10-dan çox tədbir və ilk dəfə mədəniyyət və turizm nazirlərinin iştirakı ilə Şərq-Qərb Nazirlər Konfransı keçiriləcəkdir.
İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Forumun beynəlxalq işçi qrupunun fəaliyyəti və tərəfdaş qurumların təkliflərini diqqətə çatdırmışdır.
Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə Foruma hazırlıq prosesi, tədbirin proqram və konsepsiyası barədə təqdimatla çıxış etmişdir.
İclasda nazirliyin eksperti Cahangir Səlimxanovun Forumun mədəni proqramı ilə bağlı təqdimatı da maraqla qarşılanmışdır.
Yekunda Ə.Qarayev nazirlik daxilində təşkilat komitəsi və işçi qruplarının vəzifələr bölgüsünün müəyyənləşdirilməsi və bütün aidiyyəti qurum və təşkilatlarla yaxından əməkdaşlığa nail olunması barədə tapşırıqlarını vermişdir.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.