Xəbərlər

Ziya Məmmədov: Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməz
13 fevral, 2013 14:26

 

Azərbaycanın icazəsi olmadan Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilməyəcək. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə keçirilən mətbuat konfransında deyib.

Məmmədov Tbilisidə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" qeyri-formal dialoqunun ikinci görüşündə iştirak edir.

"Hamıya xatırladıram ki, bu layihə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir, həmçinin ölkəmizin büdcəsindən maliyyələşdirilir. Ermənistan ərazilərimizi işğal etdiyinə görə bu dəmir yolundan istifadə etməyə haqqı yoxdur. Dağlıq Qarabağ münaqişəsi nizamlanmayana qədər və icazəmiz olmadan Ermənistan bu layihəyə qoşula bilməz", - nazir qeyd edib.

Bu bəyanat görüşün yekunu üzrə keçirilən birgə mətbuat konfransda səsləndirilib. Qeyd edək ki, Ermənistanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Artaşes Avetisyan görüşdə "imkan olacağı təqdirdə, Ermənistanın məmnuniyyətlə gələcəkdə bu layihədən istifadə edəcəyini" bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.