Xəbərlər

Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Aİ-yə üzv dövlətlərə müraciət edib
13 fevral, 2013 14:24

 

Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərə müraciət edib.

Avropa-Azərbaycan Cəmiyyətindən çərşənbə günü  verilən məlumata görə, fevralın 9-da Avropa Xalqları Partiyası Gənclər təşkilatı (YEPP) Şurasının Tirana şəhərində (Albaniya) keçirilmiş içlasında Avropanın enerji təhlükəsizliyinə dair qətnamə qəbul edilib. Sənəddə bu sahədə Azərbaycanın rolu xüsusi vurğulanıb, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənib.

YEPP-nin qətnaməsində Avropa İttifaqına üzv dövlətlərə çağırış da ifadə edilib. Qətnamədə deyilir ki, Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının işğalına son qoyması üçün Ermənistan hökumətinə müraciət edilməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun sərhədlərinin toxunulmazlığı və əhalisinin sərhəd regionlarında yaşamasının təhlükəsizliyi gecikdirilmədən tam təmin olunmalıdır.

"Təəssüf ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar bu vaxta qədər uğurlu olmayıb. Buna görə də təxirə salınmadan Azərbaycanın beynəlxalq hüquqa əsasən legitim ərazisinin bütövlüyünün təmin edilməsinə olan tələbləri yerinə yetirilməlidir", - qətnamədə bildirilib.

YEPP Avropa Xalqları Partiyasının (EPP) rəsmi gənclər təşkilatı olmaqla bərabər, Avropanın 39 ölkəsindən 57 sağ-mərkəzçı siyasi gənclər təşkilatını bir arada birləşdirən qurumdur. 1997-ci ildə təsis olunmuş YEPP inkişaf edərək Avropanın ən böyük siyasi gənclər təşkilatına çevrilib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.