Xəbərlər

Ukraynada fevral "Xocalı ayı" elan edilib
13 fevral, 2013 14:15

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) Ukraynada fevral ayını "Xocalı ayı" elan edib.

Birlikdən verilən məlumata görə, bununla bağlı Ukraynanın bir sıra vilayət və şəhərlərində keçiriləcək tədbirlər planı təsdiq olunub.

UAGB-nin sədri Anar Tahirov bu istiqamətdə keçirilən toplantıda çıxış edərək, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin 21 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqırım siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynadığını bildirib.

O, bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada yaşayan azərbaycanlı gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırıb.

Ötən 3 ildə İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının "Xocalı ayı" elan olunmasının tarixi əhəmiyyətindən danışan Birliyin idarə heyətinin üzvlərindən Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, Oksana Əliyeva, Orxan Əliyev, Elməddin Zərbəlizadə və digər gənclər ənənəyə uyğun olaraq bu il "Xocalı ayı" çərçivəsində Ukraynada keçiriləcək tədbirlər haqqında ətraflı məlumat veriblər.

Toplantıda, tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında "Xocalıya ədalət" yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletlərinin paylanması, bir sıra şəhərlərdə anım mərasimlərinin təşkil olunması, Xocalı faciəsini özündə əks etdirən sənədli filmlərin nümayiş etdirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi məsələləri geniş müzakirə edilərək yekdilliklə təsdiq olunub. Ukraynanın bir sıra vilayət və şəhərlərində keçiriləcək tədbirlərin vaxtı müəyyənləşdirilib.

Toplantıda çıxış edən Ukraynanın müxtəlif gənclər təşkilatlarının nümayəndələri də "Xocalıya Ədalət" kampaniyasına qoşulacaqlarını bəyan ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.