Xəbərlər

Azərbaycanda tələbələr daha çox hansı səbəblərə görə akademik məzuniyyət götürürlər?
13 fevral, 2013 14:11

 

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr akademik məzuniyyəti daha çox həqiqi hərbi xidmətə çağırışla əlaqədar götürürlər.

"Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə istinadən verdiyi məlumata görə, son 20 ildə Azərbaycanda 6726 tələbə həqiqi hərbi xidmətə çağırışla əlaqədar akademik məzuniyyət götürüb. Onların 1020 nəfəri bakalavriat, 2253 nəfəri magisratura, 3079 nəfəri tam orta təhsil bazasında, 374 nəfəri isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili alan tələbələr olub.

Akademik məzuniyyətlərin 1329-u xəstəlik və digər səbəblərlə əlaqədar olub. Bu səbəbdən akademik məzuniyyət alan tələbələr sırasında bakalavriat səviyyəsi üzrə təhsil alanlar çoxluq təşkil edib. Belə tələbələrin sayı 716 nəfər olub.

Ötən 20 il ərzində 241 tələbə xaricdə təhsil almaq məqsədilə akademik məzuniyyət alıb. Bu səbəbdən də akademik məzuniyyət alanların çoxu - 185 nəfəri bakalavriat səviyyəsi üzrə təhsil alanlar olub. Ötən müddətdə 40 tələbə təhsil haqqını ödəmək imkanı olmadığı üçün akademik məzuniyyət götürüb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaratdığı "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sistemi ötən il martın 28-də istifadəyə verilib. Qeyd edilən statistik məlumatlar sistemə təhsil müəssisələri tərəfindən ötən il martın 28-dən bu il yanvarın 14-ə qədər daxil edilib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.