Xəbərlər

Azərbaycan 2015-2016-cı illərdə daha iki peykini orbitə buraxacaqdır
12 fevral, 2013 21:49

 

 Azərbaycan 2015-2016-cı illərdə daha iki peykini orbitə buraxacaqdır. Bu sözləri fevralın 12-də keçirdiyi mətbuat konfransında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev demişdir.
R.Nəbiyev bildirmişdir ki, peyk bazarında fəaliyyət göstərən operatorlarından fərqli olaraq “Azərkosmos” ASC öz fəaliyyət istiqamətini həm telekommunikasiya, həm də yerin müşahidə peyklərinin inkişafına yönəltmişdir. Buna görə də Azərbaycan 2015-ci ildə ilk yerin müşahidə peykini orbitə buraxmağı planlaşdırır. Bu peyk əsasən fövqəladə halların proqnozlaşdırılması, kortoqrafiya və coğrafi məqsədlərdə istifadə olunacaqdır. 
ASC-nin sədri qeyd etmişdir ki, 2016-cı ildə ikinci telekommunikasiya peyki orbitə buraxılacaqdır. “Azərspace-1” peyki Azərbaycan ərazisini tam əhatə etdiyindən, ikinci peyk əsasən kommersiya məqsədi ilə istifadə olunacaq və peykin əhatə dairəsi tam fərqli olacaqdır.

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.