Xəbərlər

İsrail nümayəndə heyəti Azərbaycanda səfərdədir
12 fevral, 2013 19:11

 

İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini və İsrailin Beynəlxalq İnkişafa Yardım və Əməkdaşlıq Agentliyinin (MASHAV) rəhbəri, səfir Daniel Karmon və təşkilatın treninq şöbəsinin direktoru, səfir Mattanya Kohen Azərbaycanda 3 günlük səfərdədir.

Daniel Karmon jurnalistlərə açıqlamasında qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycan və İsrail arasında MASHAV vasitəsi ilə layihələr və treninq proqramları daxil olmaqla, inkişaf üzrə əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsidir.

Səfir qeyd edib ki, iki ölkə arasındakı münasibətlər dərin və güclüdür. "Biz inanırıq ki, inkişaf və əməkdaşlıq iki ölkə arasında olan münasibətlərin ayrılmaz hissəsidir", - Karmon deyib.

Səfir vurğulayıb ki, Azərbaycana səfəri zamanı ölkənin bir sıra yüksək vəzifəli rəsmiləri, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, kənd təsərrüfatı nazirinin müavini və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Görüşlərin səmərəli keçdiyini vurğulayan səfir bundan sonra da Azərbaycan ilə İsrail xalqları və dövlətləri arasında əlaqələrin inkişafına inandığını qeyd edib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.