Xəbərlər

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
12 fevral, 2013 19:09

 

2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bununla bağlı çərşənbə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib.

 Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iclasda çıxış edən Qarayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2011-ci il 27 may tarixli fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildə bir dəfə Azərbaycanda keçiriləcək. 2012-ci ilin 25 dekabr tarixində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə II Dünya Forumunun 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Forumun əhəmiyyətini vurğulayan nazir bildirib ki, Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. Forumda 800-1000 nəfər xarici qonağın iştirakı nəzərdə tutulur və Forum çərçivəsində 10-dan çox tədbir və ilk dəfə mədəniyyət və turizm nazirlərinin iştirakı ilə Şərq-Qərb Nazirlər Konfransı keçiriləcək.

Çıxışı zamanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Forumun beynəlxalq işçi qrupunun fəaliyyəti və tərəfdaş qurumların təkliflərini diqqətə çatdırıb.

Foruma hazırlıq prosesi, tədbirin proqram və konsepsiyası barədə nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə təqdimatla çıxış edib.

Forum zamanı maraqlı mədəni proqramın təşkilinin əhəmiyyətini qeyd edən nazir bütün mədəni tədbirlərdə xalqımızın mədəniyyətinin təbliğinin prioritet olmasını vurğulayıb. Sonra nazirliyin eksperti Cahangir Səlimxanov mədəni proqramla bağlı təqdimatla çıxış edib.

Yekunda Qarayev nazirlik daxilində təşkilat komitəsi və işçi qrupların vəzifələr bölgüsünün müəyyən edilməsi və bütün aidiyyəti qurum və təşkilatlarla yaxından əməkdaşlıq edilməsi barədə tapşırıqlarını verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.