Xəbərlər

Azərbaycanda partlayıcı qurğuların zərərsizləşdirilməsi qaydaları müəyyənləşdirilib
12 fevral, 2013 19:07

 

Azərbaycan Nazirlər Kabineti "Partlayıcı qurğuların (maddələrin) zərərsizləşdirilməsi Qaydaları"nı təsdiqləyib.

Nazirlər Kabinetindən çərşənbə axşamı verilən məlumata görə, hava gəmisində partlayıcı qurğu və ya partlayıcı maddə olmasına dair şübhə yarandıqda, həmin hava gəmisi digər hava gəmilərindən təcrid edilir. Bu məqsədlə hər bir aeroportda əsas və təcrid edilmiş ehtiyat dayanacaq yerləri yaradılır. Təcrid edilmiş dayanacaq yerləri digər dayanacaq yerlərindən, sükan yolundan, uçuş-enmə zolağından, binalardan, ictimai zonalardan, yanacaq saxlanan yerlərdən (anbarlardan), tezalışan materiallardan, habelə ümumi istifadə yerlərindən ən azı 400 metr aralı yerləşdirilir və onların yerləşdiyi ərazidə yeraltı qaz, istilik xətlərinin və elektrik kabellərinin keçməsinə yol verilmir. Hava gəmisində və ya aeroport binasında, aeronaviqasiya avadanlıqlarının və ya enerji qurğularının yerləşdiyi yerlərdə partlayıcı qurğu və ya partlayıcı maddə aşkarlandıqda, onun təcrid edilməsi və zərərsizləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülür.

Hər bir aeroportda təcrid edilmiş dayanacaq yerlərindən ən azı 100 metr aralıda xüsusi zərərsizləşdirmə yerləri təşkil edilir.

Hava gəmisində və ya aeroportun və aviamüəssisələrin binalarında aşkar edilmiş partlayıcı qurğuların (maddələrin) daşınması hava gəmilərinin dayanacaq yerlərindən, binalardan, ümumi istifadə yerlərindən, yanacaq və elektrik qurğularından, rabitə və naviqasiya vasitələrindən aralıda həyata keçirilir.

Hava gəmisinə və ya aeroportun və aviamüəssisələrin binalarına baxış zamanı şübhəli əşya aşkar edildikdə, əməkdaşların təhlükəsizliyinin təmin olunması və normal iş rejiminin pozulmasının minimuma endirilməsi üçün prosedur qaydalara riayət olunmalıdır. Baş verə biləcək insidentin qarşısını almaq, habelə insan tələfatını minimuma endirmək məqsədi ilə xüsusi təlim keçmiş təhlükəsizlik xidmətinin əməkdaşları aşağıda göstərilən prosedur qaydalara və əlahiddə vəziyyət üçün nəzərdə tutulan yerli plana tam riayət etməlidirlər.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.