Küveyt nümayəndə heyəti Bakıda birgə hökumətlərarası komissiyanın iclasına hazırlaşır
12 fevral, 2013 19:02
Küveyt Xarici İşlər Nazirliyinin (XİN) İqtisadiyyat İdarəsinin rəhbəri Əli Bin Xaled əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti fevralın 13-14-də Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Küveyt birgə komissiyasının ikinci iclasına hazırlaşır. Bu barədə çərşənbə axşamı Küveytin Azərbaycandakı səfirliyindən bildiriblər.
İclasın Küveyt Baş nazirinin müavini, xarici işlər naziri Sabah Xaled əl-Hamad əl-Sabahın rəhbərliyi altında keçirilməsi gözlənilir.