Xəbərlər

Səfir Ermənistan və İran arasında otlaqların icarəsi haqqında razılaşmanın olduğunu inkar edir
12 fevral, 2013 18:56

 

İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi Ermənistanla İran arasında Sünik vilayətində otlaqların icarəsi haqqında hansısa razılaşmanın olduğunu inkar edir. bu barədə "ARKA" yazır.

2012-ci ilin dekabrında İran KİV-də Ermənistanın Sünik vilayəti başçısının İranın Şərqi Azərbaycan vilayətinə gözlənilən səfəri zamanı iki vilayət arasında saziş imzalanmasının planlaşdırıldığı barədə məlumat verilmişdi. Həmin sazişə görə, Sünik vilayətinin otlaqları Şərqi Azərbaycan vilayətindən beş min baş mal-qara üçün beş illiyə həmin vilayətdə istehsal olunan kənd təsərürfatı texnikası müqabilində icarəyə veriləcək.

"Ermənistanla İran arasında belə müqavilə hələ imzalanmayıb", - Rəisi çərşənbə axşamı mətbuat konfransında bildirib.

Bununla yanaşı, səfir izah edib ki, belə məsələlər qubernatorlar səviyyəsində deyil, ölkə rəhbərləri səviyyəsində həll olunmalıdır.

O daha sonra əlavə edib ki, belə sənədlərin imzalanması üçün əvvəlcə xusisi araşdırmaların aparılması, daha sonra isə xüsusi danışıqların keçirilməsi vacibdir. Bundan əlavə, belə sənədlər hər iki ölkənin parlamentlərində ratifikasiya edilməlidir.

"Bu, tərəflər arasında gizlicə həll edilə bilən məsələ deyil", - o deyib.

Bununla yanaşı, səfir məlumat verib ki, Ermənistanla İran arasında belə müqavilə imzalanarsa, orada hər iki tərəfin maraqları nəzərə alınacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.