Kitabxanada “Görkəmli şəxsiyyət” mövzusunda sərgi açılmışdır
12 fevral, 2013 17:15
Fevralın 12-də Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Görkəmli şəxsiyyət” mövzusunda sərgi açılmışdır.
Kitabxanadan bildirmişlər ki, sərgidə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilmişdir. Həmçinin oxuculara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın azadlığı uğrunda apardığı mübarizə haqqında geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.