Xəbərlər

Bakıda III Respublika muğam müsabiqəsinin birinci seçim turu davam edir
12 fevral, 2013 17:13

Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə III Respublika muğam müsabiqəsi başlamışdır.
Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində birinci seçim turunun davamı olmuşdur. Birinci hissədə instrumental ifaçıların seçimi keçirilmişdir. Seçimdə 11 nəfər iştirak etmişdir. 
İştirakçılar milli musiqi alətlərimiz olan tar, kamança, balaban və qanunda muğam və rəqslər ifa etmişlər.
İştirakçılar Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Məmmədağa Kərimov, əməkdar artistlər Təranə Əliyeva və Elşad Cabbarovdan ibarət münsiflər heyəti tərəfindən seçilir. 
Fasilədən sonra isə xanəndələrin seçimi başlanacaqdır. Onları Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadədən ibarət münsiflər heyəti seçəcəkdir. 
Birinci seçim turunun fevralın 11-də keçirilmiş ilk günündə münsiflər heyəti qarşısında 9 xanəndə və 11 instrumental ifaçı çıxış etmişdir. Ümumilikdə 18 nəfər xanəndənin və 22 nəfər instrumental ifaçının iştirak etdiyi birinci turdan keçənlər fevralın 13-də keçiriləcək ikinci seçim turunda çıxış etmək imkanı qazanacaqlar. İkinci turun nəticələrinə görə isə hər iki müsabiqə üzrə 3 qalib müəyyən olunacaqdır. 
Fevralın 15-də müsabiqənin yekunu olaraq qala-konsert keçiriləcək və qaliblər həmin konsertdə çıxış edəcəklər. 
Qaliblərə cari ilin martında Bakıda keçiriləcək “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ veriləcəkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.