Xəbərlər

Bakı yol polisi sürücülərə xəbərdarlıq etdi
12 fevral, 2013 16:58

 

Bakı yol polisi avtomobillərin pərdə və plyonka ilə idarə edilməsinin qarşısını almaq üçün reydlər keçirir. Bu barədə  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, bu gün reydlər Bakının əsasən mərkəzi küçələrində, "Azneft" meydanında, Mərkəzi Statistika dairəsi, H.Cavid prospekti, H.Cavid parkının ətrafı, S.Vurğun və digər mərkəzi küçə və prospektlərdə keçirilib.

Reydlər zamanı avtomobillərini pərdə və plyonka ilə idarə etdiyinə görə təkcə bir saat ərzində 49 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Əsədov qeyd edib ki, ümumiyyətlə, yanvarın 1-dən bu günədək Bakıda 38 min sürücüyə inzibati protokol tərtb edilib ki, bunun da 1135-i avtomobillərin pərdə və plyonka ilə idarə edilməsi ilə əlaqədar olub.

"Bu cür sürücülərə qarşı heç bir güzəştə gedilməyəcək və təsirli tədbirlər görüləcək", - Əsədov sürücülərə müraciət edərək deyib.

O bildirib ki, "Yol hərəkəti haqqında" qanuna edilən əlavə və dəyişikliyə görə, avtomobillərdə onun idarə edilməsinə təhlükə yaradan pərdə və plyonkaların quraşdırılmasına yol verilmir və bu cür avtomobillər yol hərəkəti istismarından uzaqlaşdırılır.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.