Xəbərlər

ARDNŞ: Trans-Xəzər qaz kəməri Aİ üçün çox miqyaslı layihə olacaq
12 fevral, 2013 16:55

 

Azərbaycan Trans-Xəzər qaz kəməri ilə qaz nəqlindən yalnız udur. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq vitse-prezidenti Elşad Nəsirov çərşənbə axşamı Bakıda "Avronest" Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi məsələləri üzrə komitəsinin iclasında keçirilən müzakirələrdə bildirib.

Onun sözlərinə görə, Türkmənistan və Avropa İttifaqından olan tərəfdaşlar arasında satış haqqında razılaşma əldə olunan kimi, Trans-Xəzər layihəsini reallaşdırmaq mümkün olacaq.

"Bizim Xəzər donanması təxminən bir il ərzində Xəzərdən təqribən 100 kilometr boru kəmərinin tikintisini başa çatdırmaq imkanına malikdir", - Nəsirov deyib.

Onun sözlərinə görə, seqmentlərin hər üçü, yəni həm Trans-Anadolu qaz kəməri, həm də Avropaya qaz nəqli marşrutu hazır olduqdan sonra bütün şirkətlər Türkmənistanla razılığa gələ biləcəklər, bir il-il yarımdan sonra isə layihə iştirakçıları hər üç seksiyanın buraxılış qabiliyyətini artıra biləcəklər.

"Bunu həyata keçirməklə Azərbaycan təkcə qaz tədarükçüsü deyil, həm də tranzit ölkə olacaq. Bu, Aİ üçün çox miqyaslı layihə olacaq", - Nəsirov bidlirib.

Onun sözlərinə görə, Azərbaycan daşınma və başqa aspektlər nəzərə alınmaqla orta Avropa tarifləri üzrə öz ərazisindən şərqi Xəzər qazının nəqli üzrə öhdəliklərə də malikdir.

"Burada heç bir sual və müzakirələr ola bilməz", - Nəsirov bildirib.

Qeyd edək ki, uzunluğu 300 kilometrə yaxın olan Trans-Xəzər qaz kəmərinin Xəzərin Türkmənistan sahillərindən Azərbaycan sahillərinədək çəkilməsi planlaşdırılır.

Türkmənistanla Aİ və başqa ölkələr arasında Trans-Xəzər qaz kəmərinin tikintisi haqqında danışıqlar ötən əsrin 90-cı illərinin sonundan aparılır.

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.