Bu günədək 206 milyon tondan çox Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb
12 fevral, 2013 16:51
2013-cü ilin yanvar ayı ərzində 2 milyon 342 min 357 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 milyon 429 min 14 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il fevral ayının 1-ə qədər Ceyhan limanından 206 milyon 9 min 11 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.