AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda qəbul edilən qərarlara əsasən, fevralın 9-da Premyer Liqanın XIX turunun "Rəvan" - "Turan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. XIX turun AZAL - "Simurq" matçının 62-ci dəqiqəsində "Simurq" klubunun 3 №-li futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqanın XIX turunun "Qəbələ" - "Qarabağ" matçının 30 və 54-cü dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
Fevralın 10-da XIX turun "Bakı" - "Sumqayıt" oyununun 59-cu dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
XIX turun "Xəzər Lənkəran" - "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
"Simurq" klubu Premyer Liqanın 20 dekabr 2012-ci il tarixində keçirilmiş "Simurq" - "Rəvan" matçında klubun futbolçularına göstərilmiş sarı vərəqələrin ləğv edilməsi ilə bağlı İntizam Komitəsinə müraciət edib. Lakin İntizam Kodeksinə uyğun olaraq, "Simurq" klubunun bu müraciəti əsassız hesab olunur.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı