Azərbaycanlı hakim güləş üzrə beynəlxalq turnirdə baş koordinator olacaq
12 fevral, 2013 16:29
1-2 mart 2013-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirin baş koordinatoru federasiyanın baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq. O, FILA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək.
Turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandasının da iştirakı planlaşdırılır.