Millinin təlim-məşq toplanışı olacaq
12 fevral, 2013 16:23
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası qeyd olunmuş oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışı keçirəcək. Bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı barədə məlumat veriləcək.