Xəbərlər

Azərbaycanda istifadəyə verilmiş "Tullantı kalkulyatoru" layihəsi böyük marağa səbəb olub
12 fevral, 2013 16:21

"Təmiz Şəhər" ASC tərəfindən tullantıların azaldılması sahəsində uzunmüddətli maarifləndirmə proqramı çərçivəsində keçirilən "Tullantı Kalkulyatoru" layihəsi ölkəmiz üçün əsl yenilik olub. Bu barədə ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"İnformasiya-kommunikasiya texnologiyaları ili" ərzində əhali arasında elektron xidmətlərdən istifadəyə marağın artırılması baxımından böyük əhəmiyyətə malik olan layihə ətraf mühitin müdafiəsi ilə bağlı maarifləndirməni gücləndirilməsinə xidmət edir. Tullantıların idarəolunması sahəsində unikal bir layihə olan tullantı kalkulyatorunun əsas məqsədi ətraf mühitin mühafizəsi sahəsində əhalinin məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, həmçinin Yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaqdır.

2012-ci ilin oktyabr ayından istifadəyə verilmiş kalkulyator vasitəsilə yüzlərlə vətəndaşımız hər gün atdıqları tullantıların ətraf mühitə təsirini qiymətləndirmiş və istilik effekti yaradan qazların miqdarını hesablamışlar. İstənilən yerdə olarkən gündəlik həyatda "Tullantı Kalkulyatoru"ndan istifadə edərək ətraf mühitə hansı dərəcədə təsir göstərdiklərini aydın şəkildə görmək və izləmək, əhalini ətraf mühitə daha məsuliyyətli yanaşmağa təşviq edir.

Qeyd edək ki, 2012-ci ilin oktyabr ayından etibarən "Təmiz Şəhər" ASC tullantıların azaldılması sahəsində uzunmüddətli maarifləndirmə proqramına start vermişdir. Proqramın əsas məqsədi ehtiyacdan artıq istehlakın qarşısını almaq və tullantıların azaldılması ilə əhalinin ətraf mühitin mühafizəsində daha aktiv iştirakını təmin etməkdir. Maarifləndirmə proqramı çərçivəsində "Tullantı kalkulyatoru" və "Bərk məişət tullantılarının idarəedilməsinə dair terminoloji lüğət" layihələri və ictimai maaarifləndirmə aksiyaları keçirilir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.