Bolkart sahiblərinə yeni məhsul və xidmətlər təklif etmək strategiyasına sadiq qalan "Bank of Baku" kart sahibləri üçün misilsiz bir fürsət təqdim edir.
Bankdan çərşənbə axşami verilən məlumata görə, 14 fevral 2013-cü il tarixində Bolkart ilə hər hansı məhsul almış kart sahibi onun dəyərini 14 ay ərzində ödəyə bilər. "İndi al, 1 aya ödə" ödəmə imkanlı ticarət obyektlərindən başqa, bu kampaniya digər ödənişli (3, 6, 12 ay) bütün mağaza və dükanlarda keçərlidir.
Bu gün Bolkart-la ölkəmizin 500-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Bu günlərdə isə, Bolkart əldə edən şəxslərin sayı 60.000-nə yaxınlaşıb. Bolkart-ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.
Bolkart-ın üstünlükləri ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.