Xəbərlər

"Unibank" kreditlərin onlayn ödənişini tətbiq edib
11 fevral, 2013 23:39

 

Kassaya yaxınlaşmadan kreditlərinizi, kommunal ödənişləri necə ödəmək olar? Unibank müştəriləri üçün seçim imkanlarını artırıb. Krediti olan hər kəs, "Unibank"a gəlmədən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi sistemindən istifadə edərək, bankda olan hər hansı kreditini ödəyə bilər. Ödəniş mexanizmi çox sadədir.

Bankdan bazar ertəsi verilən məlumata görə, müştəri saytın onlayn ödəniş bölməsi hissəsinə daxil olaraq, şəxsiyyət vəsiqəsinin PIN kodunu və ödəmək istədiyi kreditin nömrəsini daxil edir ve "GÖSTƏR" düyməsini klik edir. Sonra müştəri ödəmək istədiyi kreditin yanındakı "ÖDƏ" düyməsini klik edir. Növbəti mərhələdə ödəniş səhifəsində ödəmək istədiyi məbləği və plastik kartın detallarını daxil edərək kreditni ödəmiş olur. Ödənişin təsdiqi barədə müştəriyə təşəkkür mesajı göstərilir və telefonuna qısa mesaj göndərilir.

Qeyd edək ki, ölkə bankları içərisində Unibank ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir.

"Unibank"ın bütün filiallarında olan cash-inlər vasitəsilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər. Bu aparatlara nəzarət edən bank əməkdaşları daim müştərilərə kömək etməyə hazırdır.

"Unibank"ın "Android" və "İOS" platformasında olan telefon sahibləri üçün yeni mobil əlavələri də müştərilərin vaxt itkisinin qarşısını almağa, onların rahatlığını təmin etməyə yönəldilib. "UniMobile Banking" mobil proqramının istifadəçiləri, Banka gəlmədən, onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə etmək, ən yaxın ödəmə məntəqəni tapmaq, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlarından on-layn ödəniş apara bilirlər.

İnternet-Bank sistemi sayəsində müştərilər "Unibank"ın məhsullarından və xidmətlərindən İnternet vasitəsilə cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilir. Müştəri evdən çıxmadan belə, müxtəlif (həm bankdaxili həm də digər banklara) pul köçürmələri həyata keçirə bilər. Öz hesabların və plastik kartların çıxarışlarına baxmaq üçün daha banka ya ATM-ə getmək də lazım deyil.

Bankçılıqda müasir tendensiyaları nəzərə alan "Unibank", daim məsafədən xidmət kanallarını genişləndirməkdədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.