Xəbərlər

Aleksandr Dümanın ev muzeyində "Azərbaycan guşəsi" açılıb
11 fevral, 2013 23:31

 

Dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri və fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

Dünya Azərbaycanlı Gənclər Birliyindən  verilən məlumata görə, guşə Birlik tərəfindən reallaşdırılan "Azərbaycan guşəsi" adlı layihə çərçivəsində yaradılır.

Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.

Bu yaxınlarda Paris yaxınlığında Ville-Kotredə yerləşən Aleksandr Dümanın ev muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilərək orada "Azərbaycan guşəsi" açılıb.

Sözügedən layihə davamlı və genişmiqyaslı xarakter daşıyır. Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, İohan Höte, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy və s. yazıçı və şairlər daxildir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.