Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Amangeldı Jumabayev Qazaxıstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Bu barədə Qazaxıstan Prezidenti Administrasiyasının mətbuat xidməti xəbər yayıb.
Qeyd edək ki, Jumabayevədək bu postda Serik Primbetov çalışıb.
Amangeldı Jumabayev 1951-ci il oktyabrın 4-də Almatı vilayətində anadan olub. Bundan əvvəl respublikanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. S.M.Kirov adına Qazaxıstan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini (1974-cü il), Almatı Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisadiyyat fakültəsini (1978-ci il), SSRİ NŞ yanında Xalq Təsərrüfatı Akademiyasını (1991-ci il) və Kənd Təsərrüfatı İqtisadiyyatı Ümumittifaq ETİ-nin əyani aspiranturasını (Moskva, 1982-ci il) bitirib.
Diplomatik xidməti dövründə Qazaxıstanın və olduğu ölkələrin KİV-də yazıları müntəzəm dərc olunub.
"Qazaxıstan - Ukrayna: keçmişlə gələcək arasında" kitabının (2010-cu il) müəllifidir.
İngilis dilini bilir. 1996-cı ilin noyabrından diplomatik xidmət orqanlarında çalışır.