Xəbərlər

Konklav yeni Roma Papasının seçilməsi üçün martda toplaşacaq
11 fevral, 2013 23:13

 

XVI Benedikt postunu tərk etdikdən sonra yeni Roma Papasını seçəcək Kardinallar Şurası (konklav) cari ilin mart ayında toplaşacaq. Bu barədə RİA-Novosti "Rai News24" telekanalına istinadən məlumat verir.

XVI Benedikt bu gün bəyan edib ki, bu yaşında artıq katolik kilsəsinə başçılıq edə bilmir.

O, fevralın 28-də postunu tərk etməyə hazırlaşır.

Qeyd edək ki, XVI Benedikt Roma Katolik kilsəsinə 2005-ci ildən rəhbərlik edir. O, 265-ci Roma Papasıdır. Benedikt 1730-cu ildə Roma Papası olan XII Klimentdən sonra Papa seçilərkən yaşına görə ən qoca Roma Papası olub. Əsl adı Yozef Aloiz Ratsinger olan Papa 1927-ci il aprelin 16-da Almaniyanın Bavariya əyalətinin Marktl-am-İnn kəndində polis ailəsində anadan olub.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.