Xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Şurası ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edir
11 fevral, 2013 23:07

 

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın ictimai xadim, yazıçı, publisist və jurnalistlərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsində iştirak etməyə dəvət edir.

Şuradan verilən məlumata görə, müsabiqə yazıları Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın aparıcı çap mətbuatında Heydər Əliyev şəxsiyyəti və onun beynəlxalq ictimai-siyasi fəaliyyəti, həmin ölkələrlə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasındakı rolu haqqında mövzuları əhatə etməlidir.

Müsabiqə çərçivəsində yazılar 15 fevral - 31 mart 2013-cü il tarixədək həmin ölkələrdəki Azərbaycan səfirliklərinə təqdim edilməlidir.

Hər bir ölkə üzrə ən yaxşı sayılan 1 məqalə mükafatlandırılacaq. Hər bir mükafatın məbləği 3000 (üç min) avrodur.

Qaliblərin mükafatlandırılması 2013-cü ilin may ayının birinci ongünlüyündə Bakıda həyata keçiriləcək.

Əlavə məlumat üçün Şuraya, eləcə də Azərbaycan Respublikasının yuxarıda adı çəkilən ölkələrdəki səfirliklərinə müraciət etmək lazımdır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.