Xəbərlər

Azərbaycan XİN: Tbilisidə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı üzrə iclas keçiriləcək
11 fevral, 2013 22:55

Fevralın 12-13-də Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramı üzrə qeyri-rəsmi dialoq formatında ikinci iclas keçiriləcək. Bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə bildirib.Abdullayevin sözlərinə görə, iclasın birinci günündə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edəcək.

"İclasda mövcud formatda əməkdaşlığın aktual məsələləri və "Şərq tərəfdaşlığı" proqramının üzv ölkələri arasında əməkdaşlığın həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Bundan başqa, noyabr ayında Vilnüsdə "Şərq tərəfdaşlığı" proqramının üzv dövlətləri rəhbərlərinin sammitinə hazırlıq məsələləri müzakirə ediləcək", - o qeyd edib.

Abdullayev bildirib ki, iclasın ikinci günü nəqliyyat məsələlərinə həsr ediləcək, iclasda Azərbaycan nümayəndə heyətinə nəqliyyat naziri Ziya Məmmədov başçılıq edəcək.

"Yerli qanunvericiliyin Avropa standarlarına uyğunlaşdırılması, həmçinin yükdaşımaların səmərəliliyinin artırılmasının müzakirə edilməsi gözlənilir", - Abdullayev deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.