Xəbərlər

Azərbaycan idmançıları İsveçdə keçirilən ənənəvi “Trelleborq Open” turnirinə üç medal qazanmışlar
10 fevral, 2013 22:28

Gənclərdən ibarət Azərbaycan seçmə komandası İsveçdə keçirilən ənənəvi “Trelleborq Open” turnirində yarışlara uğurla başlamışdır.
Azərbaycan Taekvondo Federasiyasından bildirmişlər ki, Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli turnirinin ilk günündə idmançılarımız 3 medal qazanmışlar. 
Dörddəbir final mərhələsində Finlandiyadan olan idmançı Linna Lottaya 9:5 hesabı ilə qalib gələn Azərbaycan taekvondoçusu Nərminə Məmmədova (44 kq) ikidəbir final mərhələsində isveçli Patrisiya Striner üzərində də 4:1 hesablı qələbə qazanaraq finala yüksəlmişdir. Finalda Kiprdən olan idmançı Kouttoki Kiriyakini 1:0 hesabı ilə məğlub edən Nərminə Məmmədova fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medala sahib olmuşdur. 
Daha iki idmançımız Tağı Tağızadə (45 kq) və Məhəmməd Məmmədov (55 kq) bu yarışda bürünc medala sahib olmuşlar. 
Taekvondoçularımızdan Zümrüd Məlikova (49 kq), Samir Novruzov (51 kq), Yusif Hüseynli (9 kq), Mirxanım Ağayeva (44 kq) və Təranə Məmmədova (46 kq) mübarizəni dörddəbir finalda, Aynur Məmmədova (49 kq), Babək Əjdərli (48 kq), Əli Axundov (59 kq) və Məmmədnəbi Alqayev (55 kq) isə çıxışlarını təsnifat mərhələsində başa vurmuşlar. 
Yarışda iştirak edən daha 6 idmançımız fevralın 10-da mübarizəyə qoşulmuşdur. 
Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi, Əməkdar Məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun rəhbərlik etdiyi taekvondoçularımız vətənə fevralın 12-də qayıdacaqlar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.