Kürdəmirdə taxıl sahələrinə yüksək aqrotexniki qulluq göstərilir
10 fevral, 2013 22:21
Kürdəmir rayonunda mühüm strateji məhsul olan taxılçılığın inkişafı üçün əkin sahələrinə aqrotexniki qulluq müvəffəqiyyətlə davam etdirilir.
Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, cari ilin məhsulu üçün payızda 40 min hektarda taxıl səpilmişdir. Bu da 2011-ci ildəkindən iki min hektar çoxdur. Hazırda sahələrdə birinci suvarma işləri görülür. Artıq 28 min hektardan çox sahə suvarılmışdır. Eyni zamanda, 12 min hektar sahəyə azot gübrəsi verilmişdir.
Əkin sahələrinin ziyanvericilərdən və gəmiricilərdən mühafizəsi də diqqət mərkəzindədir. Mütəmadi olaraq müşahidələr aparılır, gəmirici və digər zərərvericilər aşkarlandıqda dərhal dərmanlama tədbirləri görülür.