Dövlət mahnı və rəqs ansamblının konserti olacaqdır
10 fevral, 2013 22:15
Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının konserti olacaqdır.
Ansamblın bədii rəhbəri və dirijoru Xalq Artisti Ağaverdi Paşayev, baletmeyster Xalq Artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev, musiqi rəhbəri isə Əməkdar Artist Etibar Qasımbəylidir. Solistlər əməkdar artistlər Almaz Orucova, Sevinc Hüseynli, Elza Seyidcahan, Lalə Məmmədova və digərləridir.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri səslənəcəkdir.