Almatıda fəaliyyət göstərən turkelpress.com internet resursu Xocalı soyqırımının dünya ölkələrində tanınması ilə əlaqədar AzərTAc-ın rus dilində materiallarını yaymışdır.
İnternet qəzet “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları “Xocalıya ədalət” kampaniyasına tam dəstək vermişlər, Qahirə Kommünikesi Xocalı qətliamını soyqırımı aktı kimi tanımışdır”, “Bill Şuster: Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir” sərlövhəli materiallarına yer ayırmışdır.
Saytda, həmçinin Xocalı aeroportunun istifadəyə verilməsi cəhdləri ilə əlaqədar “Avropa siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazisindəki Xocalı aeroportunu Ermənistanın yenidən açmaq planlarını kəskin şəkildə pisləyirlər” sərlövhəli material da yerləşdirilmişdir.