Xəbərlər

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə göndərilməsi Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur
10 fevral, 2013 18:30

Azərbaycanın ilk milli “Azərspace-1” telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılması qardaş Türkiyənin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olmuşdur. 
“Samanyolu Haber” televiziya kanalındakı reportajda diqqət Azərbaycan Prezidenti İlham Əliyevin “Azərspace-1” peykinin fəzaya göndərilməsini “Azərkosmos” mərkəzindən canlı izləməsinə cəlb olunmuş, dövlətimizin başçısının bü münasibətlə xalqımızı təbrik etməsi və bu əlamətdar hadisəni xalqın zəfəri kimi qiymətləndirməsi vurğulanmışdır. 
Nüfuzlu “HaberTürk” qəzeti “Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxdı” sərlövhəli xəbərində qeyd edir ki, bu peykin fəzaya göndərilməsi Azərbaycanın iqtisadiyyatının son illər əhəmiyyətli dərəcədə güclənməsinin göstəricisidir. 
“Hurriyyet” qəzetinin “Azerbaycanın ilk telekommunikasiya peyki göylərdə” sərlövhəli xəbərində “Azərspace-1” telekommunikasiya peykinin maliyyə və texniki göstəricilərindən bəhs olunur. Xəbərdə ölkəmizin 2016-cı ildə “Azərspace-2” peykini də kosmosa göndərəcəyi qeyd olunur. 
“Azərspace-1” telekommunkasiya peykinin fəzaya göndərilməsi Türkiyənin bütün televiziya kanalları tərəfindən operativ şəkildə işıqlandırılmışdır. Qardaş ölkənin Anadolu, İhlas, Cihan və Doğan xəbər agentlikləri də bu əlamətdar hadisə ilə bağlı geniş xəbərlər yaymışlar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.