İstedadlı skripka ifaçısı solo konsert proqramı ilə çıxış etmək fikrindədir
10 fevral, 2013 17:32
. İstedadlı skripka ifaçısı Ramin Həsənov yeni “Həsrət nəğməsi” adlı musiqi əsərini ifa etmişdir.
R.Həsənov bildirmişdir ki, Türkiyədə aranjeman olunmuş musiqinin bəstəkarı Tunar Rəhmanoğludur.
Hazırda solo və ansambl fəaliyyətini davam etdirən skripka ifaçısı, eyni zamanda, yeni albom və müxtəlif layihələr üzərində çalışır. Yaxın aylarda isə solo konsert proqramı ilə çıxış etmək fikrindədir.
Bu günlərdə Ramin Həsənovun rəsmi facebook səhifəsi açılmış və tezliklə saytı da istifadəyə veriləcəkdir.
1980-ci ildə Bakı şəhərində anadan olmuş Ramin Həsənov Bülbül adına orta ixtisas musiqi məktəbində, skripka sinfində təhsil almış və bir çox uğurlu layihələrə imza atmışdırş